Sabunçuda evdən oğurluq edən şəxs polis tərəfindən zərərsizləşdirilib. Bu haqda BakuPlus.az DİN-ə istinadən bu gün, 24 noyabr tarixində xəbər verir.
Noyabrın 23-də Sabunçu qəsəbəsindəki evlərin birindən 760 manat pul və 3 ədəd mobil telefonu qeyri-aşkar şəraitdə oğurlamaqda şübhəli bilinən İmişli rayon sakini, əvvəllər oğurluğa görə məhkum olunan Samit İsmayılzadə saxlanılıb.
Araşdırma aparılır.