Sabunçu rayonunda moped piyadanı vurub. Bu haqda bu gün, 14 fevral tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun Zabrat - Balaxanı şosesində baş verib. 29 yaşlı Kamran Dəmirov işıqforla tənzimlənən yoldan keçən zaman Rəşid Məmmədov onu mopedlə vurub. Nəticədə piyada sol bud sümüyünün sınığı ilə xəstəxanaya yerləşdirilib. Onun sərxoş olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.