Bakının Sabunçu rayonunda xəsarətlərlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 23 avqust tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
22 yaşlı Aydın Əliyev və 18 yaşlı Yaşar Abbasovun olduqları motosiklet avtomobillə toqquşub. Hər iki yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.