Sabunçu rayonunda narkotik alverçisi tutulub. Bu haqda bu gün, 21 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Keçirilən əməliyyat zamanı əvəllər məhkum olunmuş R.Hətəmzadə saxlanılıb. Onun üzərindən və yaşadığı evdən ümumilikdə 616 qramdan artıq marixuana tapılıb.
Faktla bağlı araşdırma aparılır.