Sabunçu rayonunda obyektdə yanğın olub. Bu haqda bu gün, 10 iyun tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma ümumi sahəsi 390 kv.m olan birmərtəbəli mansard tipli müxtəlif təyinatlı obyektdə baş verib. Nəticədə burada fəaliyyət göstərən və sahəsi 180 kv.m olan oyun salonu tamamilə və dam örtüyü 140 kv.m sahədə yanıb. Obyektin digər hissələrinə ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.