Sabunçu rayonu ərazisində baş verən qəza nəticəsində xəsarət alanlar var. Bu haqda Bakuplus.az 27 iyun tarixində Report-a istinadən məlumat verir.
Hadisə zamanı 11 yaşlı Həsən Əliyev və 24 yaşlı Səfər Əliyev yaralanıblar. Onlar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Yeniyetməyə qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Qəzanın təfərrüatı araşdırılır.