Bakının Sabunçu rayonundakı "Megastrore" marketinin qarşısında avtomobilin vurduğu piyada iki gün sonra evində ölüb. Bu haqda bu gün, 1 avqust tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Marketin qarşısında dayanmış 57 yaşlı Ramiz İsmayılovu Elşad Ramazanovun idarə etdiyi "Mercedes Sprinter" markalı nəqliyyat vasitəsi vurub. Kişi ötən gün Tərtər rayonunun Hacıqərvənd kəndindəki yaşadığı evində ölüb.
Faktla bağlı cinayət işi açılıb.