Sabunçu rayonunda avtomobil yanıb. Bu haqda bu gün, 18 mart tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma “Toyota” markalı minik nəqliyyat vasitəsinin mühərrik hissəsində qeydə alınıb. Nəticədə həmin hissə kül olub. Avtomobilin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.