Bakının Sabunçu rayonunda yanğın hadisəsi qeydə alınıb. Bu haqda bu gün, 23 yanvar tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Rayon ərazisində transformatorun yaxınlığında quraşdırılan elektrik lövhəsinin içərisində 6 ədəd elektrik açarı yanıb. Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar, yanğın söndürülüb.
Transformator və yaxınlıqda olan digər tikililər yanğından mühafizə olunub. Xəsarət alan olmayıb.