Bakının Sabunçu rayonunda yaşayış evində yanğın baş verib. Bu haqda bu gün, 15 iyun tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 50 kv.m sahədə və bir otağın pəncərə çərçivəsi yanıb.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Xəsarət alan olmayıb.