Bakının Sabunçu rayonu, Savalan massivində yeniyetmə qız itkin düşüb. Bu haqda bu gün, 16 avqust tarixində Bakuplus.az Apa-ya istinadən xəbər verir.
16 yaşlı Türkan Gülalıyeva yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Hadisə ilə bağlı həmin şəxsin yaxınları polisə müraciət ediblər. Faktla bağlı araşdırma aparılır.