Sabunçu rayonunda məscid yanıb. Bu haqda bu gün, 21 fevral tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma ümumi sahəsi 300 kv.m olan birmərtəbəli məsciddə baş verib. Nəticədə bina 32 kv.m sahədə yanıb. Məscidin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.