Sabunçu rayonunda yol qəzası baş verib. Bu haqda bu gün, 2 avqust tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hadisə rayonun Balaxanı qəsəbəsində baş verib. 2 avtomobilin toqquşması nəticəsində 37 yaşlı Fərrux Abdulkərimov, 48 yaşlı Zaur Mehtiyev və 37 yaşlı Tunar Musayev müxtəlif bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər.
Təfərrüatlar araşdırılır.