Bakının mərkəzində, Üzeyir Hacıbəyov küçəsində yerləşən Sahil bağı ərazisində ağac tüstülənib. Bu haqda bu gün, 21 oktyabr tarixində Bakuplus.az Oxu.az-a istinadən məlumat verir.
İlkin məlumata görə, naməlum şəxslər ağacı yandırmaq istəyiblər. Ətrafda olan sakinlərin səyləri nəticəsində ağacda olan alışma söndürülüb.