Paytaxtın Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində avqustun 4-də gecə saat 04:00 radələrində ödəniş terminallarının birindən oğurluğa cəhd edilib. Bu haqda bu gün, 5 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polisə daxil olan məlumata görə, hadisə marketlərin birində baş verib. Oğurluğa cəhd göstərən Göyçay rayon sakini, 23 yaşlı Heydər Nağıyev Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, 38-ci Polis Bölməsinə təhvil verilib.
Araşdırma zamanı onun həmin gün səhər saatlarında qəsəbə ərazisində yerləşən lombarddan oğurluğa cəhd göstərməsi də müəyyən olunub.