Qaradağ rayonunda oğurluğa cəhd olunub. Bu haqda bu gün, 5 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Hadisə Sahil qəsəbəsində baş verib. Əvvəllər də oğurluğa görə məhkum olunmuş F.Quliyev ərazidə yerləşən şirkətlərdən birinin həyətindən oğurluğa cəhd edən zaman saxlanılıb. Onun üzərində 66 qrama yaxın tiryək aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.