Bakının Qaradağ rayonu, Sahil qəsəbəsində oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 14 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata əsasən, avtoservislərin birində “DAF” markalı avtomobildən 2500 manat dəyərində ehtiyat hissələri oğurlanıb.
Qaradağ RPİ 38-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbir nəticəsində əməli törətməkdə şübhəli bilinən Rüstəm Əliyev və Aydın Əbilov saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.