Bakının Qaradağ rayonu, Sahil qəsəbəsində nəqliyyət vasitəsi qaçırılıb. Bu haqda bu gün, 18 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata görə, yanvarın 16-da saat 23:00 radələrində “Opel” markalı avtomobil qaçırılıb.
Qaradağ RPİ 38-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində maşın qəsəbə ərazisində tapılıb.
Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Ümid qəsəbə sakini Salik Qurbanov isə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.