Paytaxtın Qaradağ rayonu, Sahil qəsəbəsində mərmi aşkar edilib. Bu haqda bu gün, 8 fevral tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Daxil olan məlumat əsasında FHN-in əməkdaşları əraziyə cəlb olunaraq döyüşə yararlı 1 ədəd 25 mm-lik zenit mərmisini zərərsizləşdiriblər. Daha sonra əməkdaşlar əraziyə baxış keçiriblər və başqa təhlükəli əşya aşkar etməyiblər.
oto