Bakı şəhərinin Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində sursat aşkar edilib. Bu haqda bu gün, 28 iyun tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Baxış zamanı “RQD-5” əl qumbarası və “UZRQM” partladıcısı tapılıb. Sursatlar ərazidən götürülüb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.