Paytaxtın Səbail rayonu, Salyan şosesinin 14-cü kilometrində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 6 aprel tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Belə ki, adıçəkilən ərazidə “Opel” və “Toyota” markalı avtomobillər toqquşub. Nəticədə 4 nəfər xəsarət alıb. Onlar Təcili Tibbi Yardımın köməkliyi ilə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.