Paytaxtın Nərimanov rayonu, Daş karxanası küç, ev 853 ünvanında qanun pozuntuları aşkar olunub. Bu haqda bu gün, 10 dekabr tarixində Qida Təhlükəsizliyi Agentliyinin mətbuat xidməti məlumat yayıb.
Elnur Azaqova məxsus müəssisədə 393 ədəd balonda isthelaka yararsız mürəbbə və turşu məhsulları aşkar edilib. Eləcə də, saxlanma şəraiti normaya uyğun olmadığı müəyyən edilib.
Obyektin rəhbəri məsuliyyətə cəlb olunub.