Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 23 iyul tarixində Bakuplus.az Oxu.az-a istinadən məlumat verir.
“Toyota Aqua” markalı minik avtomobili yük avtomobili ilə toqquşub. Nəticədə minik maşını yolayrıcının üstündə olan kamera dirəyinə çarpılaraq işıq dirəyini əyib.
Hadisə nəticəsində xəsarət alanın olub-olmaması məlum deyil.