Paytaxtın Nizami rayonunda başını sobada yandıran şəxs vəfat edib. Bu haqda bu gün, 13 iyul tarixində Bakuplus.az Baku.ws-ə istinadən xəbər verir.
69 yaşlı Heydər Zalov cari ilin fevral ayında yaşadığı evdə sobanın üzərinə yıxılıb. Başından yanıq xəsarətləri alan yaralı Yanıq Mərkəzinə yerləşdirilib. O, 11 iyul tarixində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.