Paytaxt universitetinin tələbəsi vəfat edib. Bu haqda bu gün, 30 oktyabr tarixində Bakuplus.az “Azərbaycan Universitetləri” səhifəsinə istinadən xəbər verir.
Azərbaycan Dövlət İqtisad Universitetində IV kurs tələbəsi Elmin Rzayev ürəktutmadan vəfat edib. O, Biznesin idarə edilməsi ixtisası üzrə təhsil alırdı.
Son 10 gün ərzində bu, Bakıda ürəktutmadan vəfat edən 3-cü tələbədir.