Binəqədi rayonunda ödəmə terminalını oğurlayan şəxslər tutulublar. Bu haqda bu gün, 25 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonun Sulutəpə qəsəbəsində baş verib. Salyan rayon sakinləri – əvvəllər məhkum olunmuş 37 yaşlı Namiq Alxanov və həmyaşıdı Miri Fətiyev marketdə quraşdırılan və içərisində 10.362 AZN olan terminalı oğurlamaqda şübhəli bilinirlər.
Onlar barəsində araşdırmalar davam edir.