Binəqədi rayonu, Sulutəpə qəsəbəsində evdən oğurluq edilib. Bu haqda bu gün, 7 dekabr tarixində Bakupuls.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Sabirabad rayon sakini S.Məmmədova qəsəbədə yerləşən evlərin birindən 2000 AZN pul və mobil telefon oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Onun barəsində araşdırmalar davam edir.