Yasamal rayonunda supermarketə ziyan vuran şəxs barəsində hökm oxunub. Bu haqda bu gün, 4 iyun tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən, İkram Hüseynov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hadisə ötən ilin iyun ayında Yasamal rayonu ərasizindəki supermarketlərin birində baş verib. Marketə gələn şəxs orada olan spirtli içkiləri: “Haramdır”, – deyib sındıraraq ticarət obyektinə 9000 AZN-ə yaxın ziyan vurub.