Paytaxtın Suraxanı rayonunda qonşusunu öldürən şəxsə hökm oxunub. Bu haqda bu gün, 15 aprel tarixində Bakuplus.az Apa-ya istinadən xəbər verir.
29 yaşlı Anar Salmanov 17 il müddətinə azadlıqdan məhrum edilib.
O, ötən ilin oktyabr ayında aralarında yaranan mübahisə zamanı qonşusu, 44 yaşlı Zakir Hüseynovu bıçaqlayaraq öldürmüşdür.