Paytaxtın Suraxanı rayonu, Bülbülə qəsəbəsində qadını avtomobil vurub. Bu haqda bu gün, 20 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Bakı sakini P.Babayev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən qəsəbə sakini Səmayə İsrafilovanı vurub. Piyada hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.