Bakının Suraxanı rayonu, Hövsan qəsabəsində yeniyetmə oğlan itkin düşüb. Bu haqda bu gün, 28 sentyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Sentyabrın 26-sı saat 16:00-da 12 yaşlı Fuad Rzayev yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. Hadisə ilə bağlı anası Səbinə İmranova polisə müraciət edib.
Hazırda oğlanın axtarışları aparılır.