Suraxanı rayonunda yeniyetmə qız itkin düşüb. Bu haqda bu gün, 6 dekabr tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
12 yaşlı Samirə Məmmədova çörək almaq adı ilə evdən çıxıb və ondan bir daha xəbər almaq mümkün olmayıb. Bu haqda yeniyetmənin anası Günel Məmmədova polisə müraciət edib.
Hazırda qızcığazın axtarışları davam edir.