Bakının Suraxanı rayonu, Bülbülə qəsəbəsində insanın asılmış cansız bədəni tapılıb. Bu haqda bu gün, 9 oktyabr tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
21 yaşlı Murad Həmidov yaşadığı evin həyətindəki dəmir borudan özünü asıb. Həmidovun cəsədini ailə üzvləri aşkar ediblər. İntiharın səbəbi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.