Bakının Suraxanı rayonunda zəncirvari yol qəzası baş verib. Bu haqda bu gün, 18 avqust tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Adıçəkilən rayon ərazisində 3 avtomobil toqquşub. Nəticədə 27 yaşlı Elvin Əliyev və 30 yaşlı Elman Nəcəfov xəsarət alıblar. Qəza yerinə təcili tibbi yardım briqadası cəlb olunub. Zərərçəkənlər xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.