Suraxanı rayonunda yerləşən yaşayış evində yanğın baş verib. Bu haqda bu gün, 13 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma birmərtəbəli 3 otaqlı evdə baş verib. Nəticədə ümumi sahəsi 100 kv.m olan evin yanar konstruksiyaları tamamilə yanıb. Alov həyətyanı sahəyə keçərək 80 kv.m sahədə quru otu da yandırıb. Ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.