Suraxanı rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 28 oktyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma ümumi sahəsi 30 kv.m olan köməkçi tikilidə qeydə alınıb. Nəticədə tikili içərisindəki əşyalarla birgə tamamilə kül olub. Ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.