Suraxanıda yanğın baş verib. Bu haqda bu gün, 20 iyul tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Alışma rayonun Hövsan-Türkan yolunda baş verib. Açıq ərazidə məişət tullantıları və təkərlər yanıb.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın genişlənməsinə imkan verilmədən söndürülüb.