Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində piyadanın iştirakı ilə yol qəzası baş verib. Bu haqda bu gün, 13 dekabr tarixində Report məlumat verib.
52 yaşlı Nailə Kərimova yolu keçərkən onu avtomobil vurub. Qadın təcili tibbi yardımın köməkliyi ilə açıq kəllə-beyin travması diaqnozu ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.