Bakının Suraxanı rayonu, Xanlar Ələkbərov küçəsində yol qəzası baş verib. Bu haqda bu gün, 1 fevral tarixində Bakuplus.az xəbər verir.
Qəza səhər saatlarında “Buta Palace”ın yaxınlığında qeydə alınıb. “Chevrolet Cobalt” markalı avtomobil idarəetmədən çıxaraq işıq dirəyinə çarpılıb.
Daxil olan məlumata əsasən, nəqliyyat vasitəsində hərbçilər olublar. Onlardan biri ağır vəziyyətə Təcili Tibbi Yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
[caption id="attachment_128312" align="alignnone" width="640"]
Foto Bakuplus.az[/caption]