Bakının Suraxanı rayonunda minik avtomobili alışıb. Bu haqda bu gün, 31 avqust tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
“BMW” markalı avtomobilin mühərrik hissəsi yanıb. Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.
Avtomobilin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.