Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 16 iyul tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Adıçəkilən rayon ərazisində 2 avtomobilin toqquşması nəticəsində 45 yaşlı Firuzə Mühürova xəsarət alıb. Yaralı Təcili Tibbi Yardımın köməkliyi ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.