Bakının Suraxanı rayonunda sərnişin avtobusu avtomobillə toqquşub. Bu haqda bu gün, 19 yanvar tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Avtobus hərəkətdə olan zaman qarşıda eyni istiqamətdə gedən nəqliyyat vasitəsinə çarpılıb. Qəza nəticəsində maşında olan 6 yaşlı Saleh Hacıyev xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hazırda alaşdırmalar aparılır.