Suraxanı rayonunda gənc oğlan bıçaqlanıb. Bu haqda bu gün, 31 iyul tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
21 yaşlı Sənan Həsənov Suraxanı qəsəbəsində dava edən zaman tanımadığı şəxs tərəfindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmaya başlanılıb.