Bakının Suraxanı rayonunda adam bıçaqlanıb. Bu haqda bu gün, 1 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis bölməsinə verilən məlumata görə, noyabrın 24-də adıçəkilən ərazidə Yevlax rayon sakini olan bir nəfər bıçaqlanıb.
Suraxanı RPİ 31-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində xəsarət yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini, 35 yaşlı B.Abdullayev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.