Bakının Suraxanı rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 25 yanvar tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Alışma birmərtəbəli evdə qeydə alınıb. Ümumi sahəsi 63 kv.m olan 4 otaqlı evin mətbəxində mebel və paltaryuyan maşın yanıb.
Ərazirə FHN-in əməkdaşları cəlb olunublar. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.