Bakıda hədə-qorxu gələrək pul tələb etməkdə şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb. Bu haqda BakuPlus.az Daxili İşlər Nazirliyinə istinadən bu gün, 14 iyul tarixində xəbər verir.
Suraxanı rayonunda bir avtomobildən 200 manat oğurlamaqda, Qaraçuxur qəsəbəsində isə qəsəbə sakini Z.Hüseynova hədə-qorxu gələrək pul tələb etməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Y.Bədəlov saxlanılıb.
Araşdırma aparılır.