Suraxanı rayonunda hin yanıb. Bu haqda bu gün, 12 mart tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma ümumi sahəsi 10 kv.m olan hində başlayıb. Alov yaxınlıqda yerləşən talvara keçərək konstruksiya 1 kv.m sahədə yanıb. Ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.