Suraxanı rayonunda qaraj yanıb. Bu haqda bu gün, 2 fevral tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma ümumi sahəsi 30 kv.m olan dəmir konstruksiyalı qarajda qeydə alınıb. Nəticədə içərisində ev əşyaları və təkər tullantıları 5 kv.m sahədə yanıb. Qarajın içərisindəki 2 minik avtomobilinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.