Suraxanı rayonunda avtoqəzada körpə uşaq xəsarət alıb. Bu haqda bu gün, 13 iyun tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hadisə rayonun Hövsan qəsəbəsində baş verib. 2 avtomobilin toqquşması nəticəsində 2 yaşlı N.Qarayev xəsarət alıb. O, açıq kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.