Suraxanı rayonunda odlu silah alverçisi tutulub. Bu haqda bu gün, 12 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Daxil olmuş məlumat əsasında keçirilən əməliyyat zamanı Beyləqan rayon sakini, 26 yaşlı Əli Abbasov saxlanılıb. Onun üzərində heroin aşkarlanıb. Həmçinin onun Suraxanı rayonu ərazisindəki qarajda gizlətdiyi 1 ədəd “Kalaşnikov” markalı silah da tapılıb.
Ə.Abbasov odlu silahı satmaq üçün saxladığını bildirib.